Orban: Putin və Trampın Budapeşt görüşü Ukraynada sülh üçün imkan yaradacaq
Şəfa Hüseynli
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında Budapeştdə keçiriləcək görüş Ukraynada sülhün əldə olunması üçün daha böyük imkanlar yaradacaq.
Operativ Media xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.
"Brüssel özünü sülh prosesindən təcrid edib", lakin Macarıstan sülhyaratma səylərini davam etdirməyə hazırdır. "Biz illərdir sülh işini ardıcıl və israrla müdafiə etmişik. Qarşıdurma əvəzinə əməkdaşlıq, qarşılıqlı hörmət bəsləmişik. Bu, sülhə gedən yoldur", - deyə baş nazir bildirib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma