Argentina prezidenti Xavyer Miley Nyu-Yorka səfəri zamanı amerikalı həmkarı Donald Trampla ikitərəfli görüş keçirməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə prezident administrasiyasının sözçüsü Manuel Adorni məlumat verib.
Miley BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün ABŞ-yə gedəcək.