Meksikanın Qvadalaxara şəhərində cüdo üzrə Qran-Pri turniri keçirilir.
Operativ Media xəbər verir ki, ilk yarış günündə üç Azərbaycan cüdoçusu medal qazanıb.
Əhməd Yusifov (-60 kq) üçüncü yer uğrunda görüşdə fransalı Enzo Janı məğlub edərək bürünc medala yiyələnib.
Balabəy Ağayev (-60 kq) final görüşündə Braziliya təmsilçisi Miçel Auqustoya ipponla qalib gələrək qızıl medal qazanıb.
Ruslan Paşayev (-66 kq) isə finalda Lukas Sahadan üstün olaraq ən yüksək pilləyə yüksəlib.