"Neftçi" heyətini yeni hücumçu ilə gücləndirməyə yaxındır.
Operativ Media xəbər verir ki, "ağ-qaralar" kamerunlu hücumçu Vinsent Abubakarla razılıq əldə edib. Bu haqda türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Məlumata görə, Paytaxt təmsilçisi Kamerun millisinin üzvü ilə 1+1 illik müqavilə imzalayacaq. 32 yaşlı hücumçunun bu gün Bakıya gələcəyi gözlənilir.
Qeyd edək ki, Abubakar son olaraq "Hatayspor" klubunun formasını geyinib.