Mikayıl Cabbarov yeni qərar imzalayıb

Operativ Media
Mikayıl Cabbarov yeni qərar imzalayıb

İqtisadiyyat Nazirliyinin Kollegiyası "İnvestisiya layihələri üzrə icra planının forması"nı təsdiqləyib.

Operativ Media xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri, nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, həmçinin "Layihə konsepsiya sənədinin forması", "Texniki-iqtisadi əsaslandırmanın xülasəsi və icmalının forması" və "İcradan əvvəlki son nəzarət prosedurunun forması" təsdiqlənib.

Qərar Prezident İlham Əliyevin 20 dekabr 2024-cü il tarixli "Dövlət investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" fərmanının icrasını təmin etmək məqsədilə verilib.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Digər xəbərlər