Menyu

Şavkat Mirziyoyev: Özbəkistanda Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binası açılacaq

Operativ Media
Şavkat Mirziyoyev: Özbəkistanda Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binası açılacaq
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlərindən danışıb.

Operativ Media xəbər verir ki, Şavkat Mirziyoyev Özbəkistanda Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılacağını bildirib.

O, həmçinin ölkədə Azərbaycan parkının tikiləcəyini qeyd edib.

Özbəkistan Prezidenti gələn il hər iki ölkədə mühüm idman tədbirinin – gənclər arasında futbol üzrə dünya çempionatının keçiriləcəyini xatırladıb.

Onun sözlərinə görə, yarışların başlanmasına qədər keçiriləcək idman, mədəniyyət və gənclər tədbirlərini birləşdirəcək genişmiqyaslı “İki ölkə – bir çempionat” proqramının hazırlanması məqsədəuyğundur.

Şavkat Mirziyoyev Azərbaycanın məsləhətləşmə görüşləri formatına qoşulmasının iki region arasında iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açdığını da vurğulayıb.
Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər