Menyu

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəldi

Operativ Media
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəldi
1 dəq oxu

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı keçirilir.

Operativ Media xəbər verir ki, Azərbaycanı 70 kiloqram çəki dərəcəsində təmsil edən sərbəst güləşçi Hacı Kərimov finala yüksəlib.

​Təmsilçimiz yarımfinal görüşündə misirli Mohamed Ahmed ilə üz-üzə gəlib və rəqibini 9:2 hesabıyla məğlub edib.

​Qızıl medal uğrunda qarşılaşma sabah baş tutacaq. Hacı Kərimov çempionluq uğrunda iranlı pəhləvan Sina Mehdi Xəlili ilə qüvvəsini sınayacaq.

Əlaqəli Xəbərlər