Menyu

Mirzoyan: Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq

Operativ Media
Mirzoyan: Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq
1 dəq oxu

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın günlərdə Ermənistan şirkətlərinin Azərbaycan şirkətlərinə məhsul tədarükü barədə məlumat açıqlanacağını bildirib.

Operativ Media xəbər verir ki, Mirzoyan bunu İctimai Televiziyaya müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan şirkətləri Ermənistan şirkətlərindən məhsullar alacaq və bununla da iki ölkə arasında qarşılıqlı ticarət başlayacaq.

“Yaxın günlərdə öyrənəcəksiniz ki, Azərbaycan şirkətləri Ermənistan şirkətlərindən məhsullar alıblar. Ermənistan Azərbaycana məhsul satacaq. Bu isə artıq ikitərəfli ticarət olacaq”, – deyə Mirzoyan bildirib.

Qeyd edək ki, o, bu sözləri hazırda yalnız İrəvanın Bakıdan məhsul aldığı barədə fikirlərə cavab olaraq söyləyib.

Əlaqəli Xəbərlər