Menyu

Qazaxıstanda 102 yaşlı qadın seçkilərdə səs verib

Operativ Media
Qazaxıstanda 102 yaşlı qadın seçkilərdə səs verib
1 dəq oxu

Qazaxıstanın Qızılorda vilayətinin Janakorgan rayonunda 102 yaşlı Tajben İsabekova məsləhət deputatlarının seçkilərində iştirak edib.

Operativ Media “Kazinform” agentliyinə istinadla xəbər verir ki, uzunömürlü qadın evində səs verib, daha sonra xalqa əmin-amanlıq və firavanlıq arzulayaraq xeyir-dua verib.

“Ölkəmiz təhlükəsizlik içində, xalqımız isə sülh və əmin-amanlıq şəraitində yaşasın”, - deyə Tajben İsabekova bildirib.

Xatırladaq ki, bu gün Qazaxıstanda bütün səviyyələrdə məsləhət deputatlarının növbədənkənar seçkiləri keçirilir.

Ölkə üzrə 228 məsləhətə ümumilikdə 3447 deputat seçiləcək.

Əlaqəli Xəbərlər