26 May 2023, 11:29
1077
Azərbaycanda "Chat GPT" ilə diplom işi yazmaq mümkündür?
Azərbaycanda "Chat GPT" ilə diplom işi yazmaq mümkündür? şəkil
Azərbaycanda "Chat GPT" ilə diplom işi yazmaq mümkündür?

Süni intellekt diplom işini yazanların işini daha asanlaşdırıb. Bir çox ölkələrin təhsil sistemində tətbiq edilməyən diplom işi hələ də bəzi universitetlərdə tələbələr üçün yük olaraq qalmaqdadır. ”Operativ Media” xəbər verir ki, “Chat GPT” süni intellektinin daha təkmilləşdirilməsi bu gün diplom işini yazmağı asanlaşdırsa da, təhsil səviyyəsinin ölçü meyarı kimi qətiyyən effektiv deyil.

Təhsil məsələləri üzrə ekspert Sevinc Pürkeştasibin sözlərinə görə, bir çox hallarda tələbələr diplom işini özü deyil başqasına yazdırır: “Sosial şəbəkələrdə kifayət qədər elanlar var ki, kurs işi yazmaq müəyyən məbləğlərə təklif olunur. Tələb isə diplom işinin təhsilində ciddi bir önəmi olmadığını düşündüyündən kiməsə yazdırmağı daha rahat yol kimi düşünür” –deyə ekspert bildirib.

Sevinc Pürkeştasibin sözlərinə görə, son zamanlar süni intellekt tətbiqlərinin daha funksional olması “plagiat”çılığı daha da asanlaşdırıb. Proqrama verilən əmrə uyğun olaraq demək olar ki, internet üzərində olan bütün açıq məlumatlar dolğun və səliqəli şəkildə tərtib olunur. Hətta yazı ayrı-ayrı mənbələrdən götürüldüyündən plagiat olmasını müəyyən etmək də çətinləşir. Ekspert onu da bildirdi ki ,istənilən halda müəllim yazının kopya olub-olmadığını tələbəyə verdiyi suallarla rahat yoxlaya bilər. Bunun üçün universitetlərdə plagiat sistemi belə tətbiq edilir.

Təhsil məsələləri üzrə ekspertin onu da bildirdi ki, Azərbaycanda dəfələrlə kurs və diplom işlərinin ləğvi ilə bağlı fikirlər səsləndirilsə də, bu gün də tələb olaraq qalır. Halbuki ölkəmizdə tətbiq edilən diplom işi modelindən bir çox ölkələr illərdir imtina edib.
 

Son xəbərlər
Suriyada kilsədə partlayış olub
Qubada ağır qəza olub
İƏT ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
İran XİN: ABŞ bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdır
Fatih Altaylı həbs edilib
Qazaxıstanda təyyarə qəzaya uğrayıb
Azərbaycan cüdoçuları Avropa Kubokunda 5 medal qazandılar