İyunun 5-də, saat 10:00-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Quba, Xaçmaz və Qusar rayonlarının sakinlərini qəbul edəcək.
"Operativ Media" xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula yazılmaq üçün iyunun 3-nə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.