Bu ilin birinci rübü ərzində Azərbaycanın regionları üzrə ümumi məhsul buraxılışı 7,5 milyard manat olub.
"Operativ Media"nın xəbərinə görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə bildirib.
"2022-ci ilin müvafiq dövrü ilə müqayisədə regionlar üzrə ümumi məhsul buraxılışı 13,1 % (nominal qiymətlərlə) artıb", - nazir qeyd edib.






