Dünən "Ferentsvaroş"la matça Qurban Qurbanovun futbolçuları yeni formalarla çıxdılar.
"Operativ Media" xəbər verir ki, əgər əvvəlki illərdə komanda ağ və ya qara geyimlə çıxış edirdisə, indiki forma göy rəngdə idi. Formanın çiyin və qol hissəsində, eləcə də şortda zolaqlar var. Bu, həm də istehsalçı şirkət “Adidas”ın rəmzi sayılır.
Formanın döş hissəsində isə “Qarabağ”ın 2 ulduzlu loqosu əks olunub. Ağdam təmsilçisinin daha bir forması isə ağ rəngdədir.
Komanda 2023/24 mövsümü Avropa kubokları, eləcə də Misli Premyer Liqası və Azərbaycan kubokunun oyunlarında bu formaları geyinəcək.
Şəkil Qalereyası










