Səudiyyə Ərəbistanı komandası "Əl Əhli" heyətinə yeni ulduz futbolçu cəlb edib.
"Operativ Media" xəbər verir ki, "Əl Əhli" "Çelsi"nin qapıçısı Eduard Mendini heyətinə qatıb.
Futbolçu üçün qarşı tərəfə 18 milyon avro ödəyən Səudiyyə klubu futbolçuya illik 15 milyon avro ödəyəcək.
Qeyd edək ki, Mendi ilə 2026-cı ilədək müqavilə imzalanıb.






