"Sabah" "Krasnodar"ın futbolçusunu almaq istəyir

Əziz Əzizli
"Sabah" "Krasnodar"ın futbolçusunu almaq istəyir

Rusiya “Krasnodar”ının futbolçusu Maqomed-Şapi Süleymanov karyerasını Azərbaycanda davam etdirə bilər.

"Operativ Media" “Legalbet” nəşrinə istinadən xəbər verir ki, oyunçunun xidmətində “Sabah” klubu maraqlıdır. Aleksey Kaşukun gedişindən sonra sağ cinah yarımmüdafiəçisi axtaran Bakı təmsilçisi 24 yaşlı vingeri qış fasiləsində birdəfəlik transfer etmək şərtilə icarəyə götürmək istəyir.

İddiaya görə, paytaxt klubu oyunçuya illik 250-300 min ABŞ dolları ödəməyə hazırdır.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında İsrailin “Hapoel” (Beer-Şeva) komandasında keçirmiş Maqomed-Şapi Süleymanov 35 oyuna 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər