"Kəpəz" "Qəbələ"nin futbolçusunu icarəyə götürdü

Əziz Əzizli
"Kəpəz" "Qəbələ"nin futbolçusunu icarəyə götürdü

"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib.

"Operativ Media" xəbər verir ki, Gəncə təmsilçisi daha bir futbolçunun keçidini həll edib. Rüfət Əhmədov "Qəbələ"dən bir illik müddətə icarəyə götürülüb. 21 yaşlı oyunçu sol cinah müdafiəçisi mövqeyində çıxış edir. 

Rüfət Əhmədov əvvəllər 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına da dəvət alıb.

Digər xəbərlər