Romao: "Linkoln" ilə oyunu səbirsizliklə gözləyirik "

Əziz Əzizli
Romao: "Linkoln" ilə oyunu səbirsizliklə gözləyirik "

"Qarabağ"ın futbolçusu Julio Romao Çempionlar Liqasının I təsnifat mərhələsində "Linkoln"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

"Operativ Media" xəbər verir ki, yarımmüdafiəçi Braziliya mətbuatına açıqlamasında hədəflərinin qrup mərhələsinə vəsiqə əldə etmək olduğunu deyib:

"Qruplara qalmaq üçün 4 mərhələdən keçməliyik. Uzun yoldur, amma ümid edirik ki, məqsədimizə çatacağıq.

"Linkoln"a qarşı oyun çətin olacaq. Çempionlar Liqası adi bir turnir deyil və qələbə üçün maksimum diqqətli olmalıyıq. Oyunu səbirsizliklə gözləyirik".

"Qarabağ" ilk oyununu iyulun 11-də səfərdə keçirəcək. Cavab görüşü isə iyulun 19-da Bakıda olacaq.

Digər xəbərlər