2023/2024 mövsümündə Premyer Liqada mübarizə aparacaq "Araz-Naxçıvan" klubu transfer çalışmalarını davam etdirir.
"Operativ Media"nın əldə etdiyi məlumata görə, Naxçıvan təmsilçisi "Kəpəz"dən ayrılan azərbaycanlı futbolçu Nicat Süleymanovun transferini bitirmək üzrədir.
24 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Kəpəz" forması ilə 47 matça çıxıb, 6 qol vurub və 1 assist etməyi bacarıb.






