İlon Mask: Twitter keçən həftə 1,6 milyon gündəlik aktiv istifadəçi ilə rekord qırıb-FOTO

Nərmin Qocamanlı
İlon Mask: Twitter keçən həftə 1,6 milyon gündəlik aktiv istifadəçi ilə rekord qırıb-FOTO

ABŞ-lı milyarder İlon Mask bildirib ki, "Twitter" keçən həftə 1,6 milyon gündəlik aktiv istifadəçi ilə rekord qırıb.


"Operativ Media" xəbər verir ki, son bir neçə həftədə Twitter-i 44 milyard dollara satın alan Tesla və SpaceX CEO-su İlon Mask, platformanın keçən həftə 1,6 milyon gündəlik aktiv istifadəçi ilə rekorda çatdığını bildirib.


Bu, "Twitter"in aktiv istifadəçilərin ümumi sayını 259,4 milyona çatdırıb.


Hesabından məlumat cədvəlini paylaşan Mask, şirkəti satın aldıqdan sonra platformada gündəlik aktiv istifadəçilərin artım müşahidə etdiyinə diqqət çəkib. Oktyabrın əvvəlində 250,5 milyon olan gündəlik aktiv istifadəçilərin sayı noyabrın 20-də 259 milyona çatıb.

Digər xəbərlər