Bu il oktyabrın 17-də Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 21-ci iclası öz işinə başlayacaq.
Operativ Media xəbər verir ki, bu barədə "Uza.uz" məlumat yayıb.
Konfransda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistanın təhlükəsizlik orqanlarının və xüsusi xidmət orqanlarının rəhbərləri iştirak edəcəklər.
Konfransda iştirakçılar müasir təhlükə və təhdidlərə dair fikir mübadiləsi aparacaq, MDB ölkələrinin xüsusi xidmət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinə yönəlmiş təxirəsalınmaz vəzifələri müzakirə edəcəklər.
Görüşün sonunda nümayəndə heyətlərinin rəhbərləri regional təhlükəsizliyin təmin edilməsində əməkdaşlıq üçün prioritet istiqamətləri və konkret vəzifələri müəyyən edəcəklər.