Twitter, gələn həftə bir müddətdir dondurduğu "mavi tık" nişanlarının ayda 8 dollara satışını yenidən aktivləşdirəcək. Bundan əlavə, şirkət istifadəçilərə təsdiq edilmiş “qızıl” və “boz” işarələrini də təklif edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Mask tviterdə paylaşım edib.
"Şirkətlər üçün qızıl, rəsmi qurumlar üçün boz, fərdlər üçün mavi nişanlar. Ağrılı, lakin zəruridir", - Elon Musk tvitində bildirib.