Yaxın gələcəkdə metroda çəkiliş aparmağa icazə veriləcək - RƏSMİ

Redaksiya
Yaxın gələcəkdə metroda çəkiliş aparmağa icazə veriləcək - RƏSMİ

Bakı metrosunda foto və video çəkilişin qadağan olunması bir çox turisti və yerli sakinləri düşündürən məsələdir. Ekspertlər bu qadağanın absurd olduğunu bildirirlər.

Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov mövzu ilə əlaqədar urban blogger Anar Əliyevin suallarını cavablandırıb. 

O qeyd edib ki, bu qadağa yaxın gələcəkdə götürüləcək:

"Ümumiyyətlə, metro Sovet dövründən fəaliyyətə başlayıb, o dövrün prinsiplərinə görə, strateji, hərbi təyinatlı obyekt sayılır. Hətta sovet dövrünə aid metro ilə bağlı çoxşaxəli kadrlar da yoxdur. Zaman dəyişir, hər birimizin əlində smartfonlar-mobil cihazlar var. Bu qadağa demək olar ki, qüvvədən düşmüş sayılır. Bunun tamamilə ləğv edilməsi üçün bir qədər zamana ehtiyac var. Əmin olun ki, zamanla bu məsələ öz həllini tapacaq". 

YouTube video

Digər xəbərlər