Yaponiyanın İstehlak Qiymətləri İndeksi 2022-ci ildə 2,3 faiz artıb

Nərmin Qocamanlı
Yaponiyanın İstehlak Qiymətləri İndeksi 2022-ci ildə 2,3 faiz artıb

Yaponiyada illik CPI 2022-ci ildə əvvəlki ilə nisbətən 2,3 faiz artıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər və Rabitə Nazirliyinin açıqlama yayıb.

İQİ-də illik artım tempi istehlak vergisi artımlarının təsiri istisna olmaqla, 1991-ci ildən bəri ən yüksək artım olaraq qeydə alınıb.

Ölkənin 2022-ci ilin dekabr ayı İQİ isə 2021-ci ilin dekabr ayı ilə müqayisədə 4 faiz artıb.

İnflyasiyanın artmasının səbəbləri enerji və xammal xərclərinin artması və yapon yeninin valyuta məzənnələrinə nisbətdə fasilələrlə ucuzlaşmasıdır.

Digər xəbərlər