Naxçıvanda lotoreyaları dəyərindən baha qiymətə satmağa çalışan şəxslər saxlanılıb

Nərmin Qocamanlı
Naxçıvanda lotoreyaları dəyərindən baha qiymətə satmağa çalışan şəxslər saxlanılıb

Naxçıvan Şəhər və Şahbuz rayonu ərazilərində məişət əşyalarını aldatma yolu ilə dəyərindən baha qiymətə loteriya uduşu adı altında satmağa çalışan şəxslər müəyyən edilib.

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Şamaxı rayon sakinləri Səfər Əsədov və Namiq Əsədov saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Araşdırmalarda onların həmin ərazilərdə tanımadıqları həyətlərə girərək əsasəndə qadınlara loteriya uduşu adı ilə  30-50 manatlıq məişət əşyalarının 100-500 manata satdıqları aşkarlanıb. Onların əməllərindən zərər çəkən başqa şəxslər varsa Polisə müraciət etmələri tövsiyyə olunur.Faktla bağlı araşdırmalar davam edir.

Digər xəbərlər