İtkin düşən 29 yaşlı oğlan axtarılır  

Nərmin Qocamanlı
İtkin düşən 29 yaşlı oğlan axtarılır  

Paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 29 yaşlı İslam Rəhimli 2022-ci il dekabrın 9-da yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.  

DİN-dən "Operativ Media" xəbər verir ki, onun yaddaş pozğunluğu olması ehtimal edilir.  

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (055) 711-18-65 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Digər xəbərlər