Bəzi ərazilərə qar yağır - YENİLƏNİB

Əsəd Abbaslı
Bəzi ərazilərə qar yağır - YENİLƏNİB
Faktiki hava açıqlanıb.

Saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir.

Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, Kürdəmir, Oğuz, Qəbələ, İsmayıllı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Xaçmaz və Şabrana yağış yağır.

Şamaxı, Qobustan, Altıağac, Qusar, Quba, Xaltan, Xınalıq, Qax, Şahdağ, Lerik və Şəkiyə arabir qar yağır.

10:45

Ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir.

Operativ Media-ya Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8, Lerikdə 4, Oğuz və Qəbələdə 3, Şəkidə 2, Şabran, Xaçmaz, Şahbuz, Daşkəsən, Balakən, Yevlax, Neftçala, Biləsuvar və Yardımlıda 1 mm-dir.

Dağlıq ərazilərə isə qar yağıb, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 24, Qusarda (Laza) 14, Qubada 12, Qaxda (Sarıbaş) 10, Şahdağda 8, Altıağac və Qobustanda 4, Xınalıqda 2, Xaltanda 1 sm-dir.

Martın 23-də saat 21:30-21:37 radələrində Ağsu rayonuna diametri 6 mm olan dolu düşüb.

Şamaxı, Qobustan, Şəki, Quba, Qusar, Qrız, Yevlax, Beyləqan, Lerik və Xaltanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 4, dağlıq rayonlarda isə 11 dərəcəyədək şaxta qeydə alınıb.

Digər xəbərlər