Ər-Riyadda Rusiya-ABŞ danışıqları başa çatıb - YENİLƏNİB 2

Əsəd Abbaslı
Ər-Riyadda Rusiya-ABŞ danışıqları başa çatıb - YENİLƏNİB 2
Ər-Riyadda Rusiya-ABŞ danışıqları başa çatıb.

Rusiya və ABŞ nümayəndələrinin Ər-Riyadda (Səudiyyə Ərəbistanı) 12 saatdan çox davam edəndən sonra başa çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətindəki mənbə məlumat verib.

Danışıqların təfərrüatı açıqlanmayıb.

22:48

Rusiya və ABŞ nümayəndələri arasında Ər-Riyadda aparılan danışıqlar başa çatmaq üzrədir.

Operativ Media xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin məlumat verib.

20:45

Rusiya və ABŞ nümayəndələri təxminən bir saat əvvəl elan edilən növbəti fasilədən sonra Ər-Riyadda danışıqları davam etdiriblər.

Operativ Media xəbər verir ki, bu barədə TASS-a Rusiya nümayəndə heyətinə yaxın mənbə məlumat verib.

Məsləhətləşmələr doqquz saatdan çox davam edir.

Əvvəllər tərəflər üç dəfə danışıqlara fasilə elan ediblər.

Mənbənin sözlərinə görə, nümayəndə heyətləri artıq məsləhətləşmələri başa çatdırmağı planlaşdırıblar, lakin görüş davam edib.

11:59

Rusiya və ABŞ nümayəndələri arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar başlayıb.

Operativ Media xəbər verir ki, Rusiya-ABŞ danışıqları The Ritz-Carlton otelində keçirilir.

Danışıqlar qapalı keçirildiyindən Səudiyyə Ərəbistanı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları jurnalistlərdən otelin ərazisini tərk etməyi xahiş ediblər.

Digər xəbərlər