Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB

Nərmin Qocamanlı
Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub.

Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin rəsmi qarşılanma mərasimi olub.

Operativ Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Almaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri və birinci xanım Elke Büdenbenderi qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Almaniya Prezidentinə raport verdi.

Almaniya Federativ Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

***

10:02

Azərbaycanda səfərdə olan Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

Operativ Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Almaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayeri qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Almaniya Prezidentinə raport verdi.

Almaniya və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

YouTube video

Şəkil Qalereyası

Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB - Şəkil 1
Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB - Şəkil 2
Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB - Şəkil 3
Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB - Şəkil 4
Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB - Şəkil 5
Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB - Şəkil 6

Digər xəbərlər