ABŞ-İran danışıqlarının dördüncü raundu təxirə salınıb - YENİLƏNİB

Əsəd Abbaslı
ABŞ-İran danışıqlarının dördüncü raundu təxirə salınıb - YENİLƏNİB
Raund təxirə salınıb.

İran nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün ABŞ ilə nəticəyə yönəlmiş danışıqlarda qətiyyətlə iştiraka davam edəcək.

Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ ilə danışıqların növbəti raundunun təxirə salınmasından sonra bildirib.

“İran ədalətli, ağlabatan və davamlı anlaşmaya nail olmaq niyyətinin ciddiliyini nümayiş etdirib və bu yolda qətiyyətlə irəliləyəcək”, - iranlı diplomat bildirib.

Xatırladaq ki, bundan əvvəl Oman Xarici İşlər Nazirliyi ABŞ və İran arasında mayın 3-nə planlaşdırılan danışıqların növbəti raundunun logistik səbəblərə görə təxirə salındığını açıqlamışdı.

Hələlik növbəti görüşlə bağlı tərəflərdən təsdiq yoxdur.

18:39

ABŞ-İran danışıqlarının dördüncü raundu təxirə salınıb.

Operativ Media xəbər verir ki, bu barədə danışıqlara ev sahibliyi edən Omanın XİN Bədr Əlbusaidi öz "X" hesabında bildirib.

"Loqistik səbəblərdən biz ABŞ-İran arasında 3 maya təyin edilmiş görüşünü təxirə salırıq. Yeni tarixlər qarşılıqlı razılaşmadan sonra bəyan ediləcək" - deyə paylaşımda qeyd edilib.

Digər xəbərlər