Mahaçqalada atışma zamanı 7 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə Dağıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Yaralananlar arasında 17 yaşlı qız da daxil olmaqla iki mülki şəxs də var. Xəsarət alanlardan biri xəstəxanada ölüb.
Qeyd edək ki, bundan əvvəl respublikanın Daxili İşlər Nazirliyi 3 polis əməkdaşının öldürüldüyü barədə məlumat vermişdi.
Hücum edənlərdən ikisi təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib, daha ikisi isə oğurlanmış yol polisi maşını ilə qaça bilib.
Avtomobil atılmış vəziyyətdə tapılıb. O, şəhərin küçələrindən birində fərdi yaşayış evinin divarına çırpılıb.
Rusiya İstintaq Komitəsindən bildirilib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına qəsd faktı ilə bağlı cinayət işi açılıb.
16:10
Mahaçqalada üç polis əməkdaşı həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.
Bildirilib ki yol-patrul xidmətinin ekipajına silahlı iki naməlum şəxs hücum edib.
Hazırda axtarışları davam edir.






