Hindistanda təyyarə qəzasında 290 nəfər həlak olub - YENİLƏNİB 5

Əsəd Abbaslı
Hindistanda təyyarə qəzasında 290 nəfər həlak olub - YENİLƏNİB 5

Hindistanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 290 nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə “Reuters“ yerli polis məmuruna istinadən məlumat yayıb.

Ölənlərdən 241-i təyyarənin göyərtəsində, 50 nəfər isə hava gəmisinin çırpıldığı yataqxanada olanlardır.

Bir sərnişin qəzadan sağ çıxıb.

Qəzanın quş dəstəsinin mühərrikə çırpılması nəticəsində baş verdiyi əsas versiya sayılır.

15:58

Hindistanda qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə “News 18” telekanalı məlumat yayıb.

Həlak olanlar arasında 10 ekipaj üzvü və bort bələdçiləri var.

Təyyarənin göyərtəsində 169 hindistanlı, 53 Böyük Britaniya vətəndaşı, 7 portuqaliyalı və bir kanadalı sərnişin olub.

İlkin məlumatlara görə, hava gəmisi quşla toqquşub və uçuş üçün optimal sürətə çata bilməyib.

***

15:22

Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 170 nəfərə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

***

14:41

Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

Xarici KİV-in məlumatına görə, yerli polis təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyünü bildirib.

***

14:10

Hindistanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 40-a çatıb.

Operativ Media xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsində 169 Hindistan, 53 Böyük Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub.

***

13:40

Hindistanda təyyarə qəzası nəticəsində 30 nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

Bildirilib ki, Hindistanın Baş naziri Narendra Modi mülki aviasiya xidmətinin rəhbəri ilə hadisənin təfərrüatlarını müzakirə edib.

***

13:11

Hindistanın Əhmədabad hava limanı yaxınlığındakı yaşayış məntəqəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.

Operativ Media xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan təyyarə “Air India” aviaşirkətinə məxsusdur.

Hadisə yerindən çəkilmiş videogörüntülərdə yerdən qatı tüstünün qalxdığı görünür.

Çoxlu sayda təcili yardım maşını hadisə yerinə gəlib. Polis həmin ərazidə nəqliyyatın hərəkətini tam məhdudlaşdırıb.

“News18” telekanalının məlumatına görə, qəzaya uğrayan təyyarə göyərtəsində təxminən 250 sərnişinin olduğu “Boeing 787-8 Dreamliner” təyyarəsidir.

Hadisənin təyyarə Londona uçarkən baş verdiyi ehtimal olunur.

Digər xəbərlər