İtaliya futbolunun əfsanəsi Franko Baresi 66 yaşında vəfat edib
İtaliya yığmasının heyətində 1982-ci ilin dünya çempionu və Çempionlar Liqasının üçqat qalibi Franko Baresi 66 yaşında dünyasını dəyişib.
Operativ Media xəbər verir ki, keçmiş müdafiəçinin ölüm səbəbi barədə məlumat verilmir.
İyulun 29-da İtaliya mətbuatında Baresinin vəfat etməsi ilə bağlı xəbərlər yayılsa da, "Milan" klubunun mətbuat xidməti həmin məlumatları təkzib edərək veteran futbolçunun "çətin dövrdən keçdiyini" bildirmişdi.
Karyerası ərzində yalnız "Milan"ın şərəfini qoruyan müdafiəçi 1977–1997-ci illər aralığında meydana çıxdığı 719 rəsmi matçda 33 qol vurub, 24 məhsuldar ötürmə müəllifi olub. O, bu komanda ilə 6 dəfə İtaliya çempionluğu qazanıb və 3 dəfə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb.
İtaliya milli komandasında 81 oyuna çıxaraq 1 qol vuran Baresi 1982-ci ildə dünya çempionu, 1994-cü ildə isə dünya vitse-çempionu adını qazanıb.