Menyu

Yanğınsöndürmə balonları necə saxlanılmalıdır?

Ayşən Sadıxzadə
Yanğınsöndürmə balonları necə saxlanılmalıdır?

Yanğın zamanı ilk müdaxilə vasitələrindən biri olan yanğınsöndürən balonlar insan həyatının və əmlakın qorunmasında mühüm rol oynayır. Lakin bu vasitələrin effektivliyi təkcə onların mövcudluğu ilə deyil, həm də düzgün yerdə yerləşdirilməsi, saz vəziyyətdə saxlanılması və mütəmadi yoxlanılması ilə təmin edilir. Mütəxəssislər bildirirlər ki, yanğınsöndürən balonların quraşdırılması və istismarı ilə bağlı müəyyən qaydalara əməl olunması fövqəladə vəziyyət zamanı vaxt itkisini minimuma endirərək mümkün fəsadların qarşısını almağa kömək edir.

Bu sözləri Operativ Media-ya təhlükəsizlik eksperti Samir Nəbiyev deyib. 

O bildirib ki, yanğınsöndürən balonlar hər kəsin rahat görə və ehtiyac yarandıqda dərhal istifadə edə biləcəyi görünən yerlərdə yerləşdirilməlidir. Bu vasitələr fövqəladə hallarda operativ istifadə üçün nəzərdə tutulduğundan, onların axtarılmasına ehtiyac yaranmamalıdır:

Standartlara əsasən, yanğınsöndürən balonlar adətən döşəmə səviyyəsindən təxminən 1,2–1,5 metr hündürlükdə quraşdırılır. Bəzi hallarda isə onlar xüsusi yanğın dolablarının içərisində və ya birbaşa divara bərkidilmiş vəziyyətdə yerləşdirilir.

Açıq ərazilərdə quraşdırılan yanğınsöndürən balonlar birbaşa günəş şüalarından, istilik mənbələrindən, yağışdan, rütubətdən, şaxtadan və kimyəvi korroziyaya səbəb ola biləcək mühitdən qorunmalıdır.

Bundan əlavə, balonun qoruyucu plombu, şlanqı, başlığı və gövdəsi saz vəziyyətdə olmalı, üzərində zədə və ya korroziya əlamətləri müşahidə edilməməlidir. Yanğınsöndürən balonların texniki vəziyyəti ən azı ayda bir dəfə vizual qaydada yoxlanılmalıdır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər