Kazemiro Messini futbolun tanrısı adlandırıb
ABŞ-nin "Inter Mayami" klubunun yeni transferi Kazemiro komanda yoldaşı, hücumçu Lionel Messi barədə fikirlərini bölüşüb.
Operativ Media xəbər verir ki, braziliyalı yarımmüdafiəçi təşkil olunan mətbuat konfransında MLS-də məhz olmaq istədiyi yerdə olduğunu bildirib.
"Mançester Yunayted"dən azad agent kimi ayrılan 34 yaşlı futbolçu İtaliyadan və digər ölkələrdən təkliflər alsa da, seçimini "İnter Mayami"dən yana etdiyini vurğulayıb. O, Messinin futbol tanrılarından biri, bəlkə də elə birincisi olduğunu qeyd edərək, onunla birgə oynamaq arzunu reallaşdırdığı üçün şad olduğunu və argentinalı ulduza yeni uğurlar qazanmaqda kömək etmək istədiyini deyib. Kazemiro "Real Madrid"də çıxış etdiyi illərdə Messini dayandırmaqda böyük çətinlik çəkdiyini və həmişə komanda yoldaşlarının köməyinə ehtiyac duyduğunu da əlavə edib.
Qeyd edək ki, Kazemiro Amerika klubu ilə müqaviləsini iki il uzatmaq opsiyası ilə 2027-ci mövsümün sonunadək bağlayıb. 2023-cü ilin iyulundan "İnter Mayami"də forma geyinən 39 yaşlı Messinin sözləşməsi isə 2028-ci il dekabrın 31-dək nəzərdə tutulub.