Menyu

ÇSKA-nın baş məşqçisi: İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?

Operativ Media
ÇSKA-nın baş məşqçisi: İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?

ÇSKA (Bolqarıstan) UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda evdə “Qarabağ”ı üstələməklə (0:0, pen. - 5:4) növbəti raunda yüksəlib.

Operativ Media QOL.az-a istinadən xəbər verir ki, Sofiya təmsilçisinin baş məşqçisi Xristo Yanev matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

O, qələbənin motivasiyadan çox, taktiki hazırlığın nəticəsi olduğunu bildirib:

“Burada söhbət motivasiyadan yox, komandanın taktiki savadından gedir. Məşqçi heyətimi təbrik edirəm. Rəqibi təhlil etmək və ona qarşı düzgün mübarizə aparmaq üçün çox çalışdıq. Bilmirəm, insanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?”

47 yaşlı mütəxəssis azarkeşlərin dəstəyinə ehtiyac duyduqlarını vurğulayıb:

“Bizə azarkeşlərin dəstəyi lazımdır və onlara təşəkkür edirəm. Qarşı tərəfdə 17 illik təcrübəyə malik baş məşqçi və ötən mövsüm “Benfika”ya qalib gəlmiş, “Çelsi” ilə heç-heçə etmiş komanda var idi”.

Yanev gördükləri işə inandığını deyib:

“Göstərmək istəyirdik ki, gördüyümüz iş o qədər də pis deyil. Mənə qalan yeganə şey inamdır. Bəzən onu itirir və bu vəziyyətin öhdəsindən gəlib-gəlməyəcəyimiz barədə tərəddüd edirəm. Amma ümidsiz deyiləm. Nəyə qadir olduğumu bilirəm”.

ÇSKA-nın baş məşqçisi mübarizəni davam etdirəcəyini bildirib:

“Bu komandanın Avropada oynaması üçün çalışıram. Çox enerji sərf edirik. Klub sahibinə bu komandanın nəyə qadir olduğunu göstərmək istəyirik. Mən dəyişməyəcəyəm. Heç vaxt dəyişməyəcəyəm. Mübarizə aparmağa öyrəşmişəm”.

Yanev komandasının Avropa Liqasının əsas mərhələsinə yüksəlmək şansına da toxunub: “Bu gün çox dəyərli komanda olduğumuzu göstərdik. Tale bizim tərəfimizdə olsa və eyni oyunu nümayiş etdirsək, niyə də Avropa Liqasının əsas mərhələsinə yüksəlməyək?”

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər