Menyu

IIHF Rusiya və Belarusu 2026-2027 mövsümünün yarışlarından kənarda saxladı

Operativ Media
IIHF Rusiya və Belarusu 2026-2027 mövsümünün yarışlarından kənarda saxladı
1 dəq oxu

Beynəlxalq Buz Üstündə Hokkey Federasiyası (IIHF) Şurası Rusiya və Belarus təşkilatlarının kişilər, qadınlar, həmçinin gənclər və yeniyetmələr arasında keçiriləcək dünya çempionatlarında iştirakla bağlı müraciətlərinə təkrar baxıb.

​Operativ Media xəbər verir ki, qurum tərəfindən hər iki ölkə komandasının ayrılıqda hər bir turnirdə mübarizə aparmaq imkanları geniş təhlil edilib.

​Şuranın yekun qərarına əsasən, təhlükəsizlik, ictimai asayişin qorunması və idman dürüstlüyü ilə bağlı narahatlıqlar səbəbindən Rusiya yığması 2026-2027-ci illər mövsümünün bütün yarışlarından kənarda saxlanılıb. İstisna kimi baxılan qadınlararası dünya çempionatında Rusiyanın iştirakı məsələsinə isə 2026-cı ilin noyabr ayında yenidən baxılacağı bildirilib.

​Belarus seçmə komandasının da analoji təhlükəsizlik amillərinə görə kişilər və gənclər arasındakı dünya çempionatlarına buraxılmaması qərara alınıb. Bu ölkənin digər turnirlərdəki iştirakı barədə hələlik rəsmi məlumat verilməyib.

​Qeyd edək ki, Rusiya və Belarusun hokkey kollektivləri beynəlxalq turnirlərdən 2022-ci ildən etibarən kənarlaşdırılıb.

Əlaqəli Xəbərlər