Menyu

İlham Əliyev: Azərbaycan-Qırğız Fondunun maliyyə imkanları ikiqat artırılacaq

Operativ Media
 İlham Əliyev: Azərbaycan-Qırğız Fondunun maliyyə imkanları ikiqat artırılacaq

Azərbaycan və Qırğızıstan Birgə İnvestisiya Fondunun maliyyə imkanlarını ikiqat artıraraq 200 milyon dollara çatdırmaq barədə razılığa gəliblər.

Operativ Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata birgə bəyanatında bildirib.

“Bu gün biz Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarını ikiqat artıraraq 200 milyon dollara çatdırmaq barədə razılığa gəldik. Əminəm ki, bu, son hədd deyil, çünki Fondun fəaliyyəti ilə bağlı aldığımız təqdimat onun konkret məzmunla zənginləşdirildiyini göstərir”, - deyə dövlət başçısı vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər