Mərakeşdən İspaniyaya qanunsuz miqrasiya cəhdi zamanı 18 nəfər həlak olub
Nicat Hüseynli
Mərakeşin Kastilyexos qəsəbəsi sahilindən İspaniyanın Şimali Afrikadakı ərazisi olan Seutaya keçməyə çalışan 18 qanunsuz miqrant həyatını itirib.
Operativ Media xəbər verir ki, bu barədə "AA" məlumat yayıb.
İspaniyanın Baş naziri Pedro Sançez hökumətin hadisə ilə bağlı bütün mövcud resursları səfərbər etdiyini bildirib.
İspaniya hökuməti Seuta istiqamətində qanunsuz miqrasiya cəhdlərinin artmasından sonra təhlükəsizliyi təmin etmək üçün bölgəyə silahlı qüvvələr yerləşdirib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma