Menyu

Azərbaycan voleybol millisi Yunanıstanda iki qələbəyə sevindi

Operativ Media
Azərbaycan voleybol millisi Yunanıstanda iki qələbəyə sevindi
1 dəq oxu

Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayıb. 

Operativ Media xəbər verir ki, komandamız Afinada Yunanıstan yığması ilə iki dəfə qarşılaşıb. Hər iki oyunda millimiz 3:1 hesabı ilə qələbə qazanıb. 

Qeyd edək ki, yığmamızın Avropa çempionatına hazırlığının son mərhələsi Bakıda təşkil olunacaq.

Azərbaycan - Yunanıstan 3:1 (25:17, 25:17, 21:25, 26:24) 

Azərbaycan - Yunanıstan 3:1 (25:15, 25:23, 19:25, 25:18)

Əlaqəli Xəbərlər