Lukaşenko: Belarus və Ukrayna arasında əlaqələr bərpa olunacaq
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edərək iki ölkə arasındakı əlaqələrin bərpa olunacağına inamını ifadə edib.
Operativ Media xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb. Dövlət başçısı təbrik mesajında Belarus və ukrayna xalqlarının tarixi taleyinin bir-biri ilə sıx bağlı olduğunu, millətləri əsrlərlə davam edən ənənələrin, ortaq qələbələrin və çətin sınaqların xatirəsinin birləşdirdiyini qeyd edib.
Lukaşenko geosiyasi kataklizmlərə baxmayaraq, gələcək nəsillərin əbədi dostluq və qohumluq bağlarını qoruyub saxlayacağına, eləcə də Minsk ilə Kiyevin qarşılıqlı faydalı əməkdaşlığı etimad, hörmət və bərabərlik prinsipləri əsasında bərpa edəcəyinə əminliyini bildirib. O, həmçinin qonaqpərvər Belarusun xoş niyyətlə gələn hər bir ukraynalı üçün həmişə açıq olduğunu vurğulayıb.
dəqiqələr içində saytın olsun.