Kanada-ABŞ ticarət danışıqlarının payızadək bərpası gözlənilmir
AbŞ-Kanada ticarət danışıqlarının payızda keçiriləcək aralıq seçkilərə qədər bərpa olunacağı ehtimalı olduqca aşağıdır.
Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Kanada Baş naziri Mark Karninin hökuməti yaxın gələcəkdə hər hansı yeni müzakirələrin keçiriləcəyinə dair heç bir əlamət görmür. Bununla belə, vəziyyətin dəyişkən olaraq qaldığı və Vaşinqtonun danışıqların bərpasını istisna etmədiyi qeyd olunur.
Agentlik bildirir ki, Kanada rəsmiləri zərurət yaranacağı təqdirdə dəstək tədbirlərini ABŞ Prezidenti Donald Trampın səlahiyyət müddətinin sonunadək qüvvədə saxlamaq üçün işlər görürlər.
Xatırladaq ki, daha əvvəl Mark Karni ABŞ ilə ticarət danışıqlarının dondurulduğunu elan edərək, Amerika mallarına qarşı həmin həcmdə cavab rüsumlarının tətbiq olunacağını açıqlamışdı. Həmin rüsumların sentyabrın 8-də qüvvəyə minməsi planlaşdırılır. ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir isə Kanada hökumətinin onlar üçün sərfəli olan razılaşmadan imtina etdiyini bildirib və avqustun 22-dən etibarən müəyyən Kanada mallarına qarşı 50 faizlik Amerika rüsumları qüvvəyə minib.
dəqiqələr içində saytın olsun.