Menyu

Yelizaveta Ruban: “İspaniya ilə matçda səhvlərimiz üzərində işlədik və qalib gəldik”

Operativ Media
Yelizaveta Ruban: “İspaniya ilə matçda səhvlərimiz üzərində işlədik və qalib gəldik”

Azərbaycan qadın voleybolçulardan ibarət milli komandanın hücumçusu Yelizaveta Ruban yığmanın son qarşılaşmadakı qələbəsini dəyərləndirib.

​Operativ Media xəbər verir ki, idmançı bütün azarkeşlərə dəstəyə görə minnətdarlığını bildirib və bu görüşə olduqca ciddi hazırlaşdıqlarını vurğulayıb. O qeyd edib ki, İspaniya yığması ilə daha əvvəl Avropa Liqasında da qarşılaşmış və məğlub olmuşdular.

​Voleybolçunun sözlərinə görə, komanda əvvəlki matçlardakı səhvlərini və çatışmazlıqlarını təhlil edərək lazımi addımlar atıb. Sonda Yelizaveta Ruban qazanılan qələbə münasibətilə bütün komanda yoldaşlarını təbrik edib və qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər