Yusif İmanov 100-ə çatdı
Operativ Media
Azərbaycan Premyer Liqasının II turu Yusif İmanov üçün əlamətdar olub. “İmişli”nin qapıçısı ölkə çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.
Operativ Media xəbər verir ki, “Zirə” ilə qarşılaşmada (1:3) buraxdığı ikinci top onun qapısına vurulan 100-cü qol olub.
100 oyunda 101 top buraxan İmanov üç komandada çıxış edib. 2021/22 mövsümündə debüt etdiyi “Sabah”da ümumilikdə 80 çempionat görüşündə 75 top buraxan qolkiper “Kəpəz” 18 matçda 23, “İmişli”də 2 qarşılaşmada 3 dəfə qola üzülüb.
İmanov turnirin tarixinə 100 və daha çox oyun keçirən 458-ci futbolçu kimi düşüb. O, buna nail olan 39-cu qapıçıdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net