Menyu

Yeni mövsümdə "İdman TV"də yayımlanacaq yarışlar bəlli oldu

Operativ Media
Yeni mövsümdə "İdman TV"də yayımlanacaq yarışlar bəlli oldu

​"İdman TV" qarşıdakı mövsümdə də tamaşaçılara dünyanın ən nüfuzlu futbol və basketbol turnirlərini izləmək imkanı qazandıracaq.

​Operativ Media xəbər verir ki, telekanal İngiltərə Premyer Liqası, İspaniya La Liqası, Almaniya Bundesliqası və İngiltərə FA Kubokunun ölkə ərazisində eksklüziv yayım hüququna sahibdir.

​Premyer Liqada çempionluq, avrokuboklar uğrunda mübarizə, La Liqada isə "Real Madrid", "Barselona", "Atletiko Madrid" kimi nəhənglərin matçları nümayiş olunacaq. Həmçinin müəyyən fasilədən sonra ekranlara qayıdan FA Kuboku da azarkeşlərin diqqət mərkəzində olacaq.

​Yeniliklər arasında Almaniya Bundesliqasının yayımı da yer alıb; "Bavariya", "Borussiya Dortmund", "Leypsiq" və "Bayer Leverkuzen"in oyunları həm televiziyada, həm də kanalın "YouTube" platformasında yayımlanacaq. Eyni zamanda, Avropa basketbolunun zirvəsi sayılan Avroliqa, o cümlədən "Fənərbağça", "Anadolu Efes" və "Beşiktaş"ın iştirakı ilə keçirilən qarşılaşmalar mövsüm boyunca canlı yayımlanacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər