“Azertexnolayn”ın məhsulları Bakı Su Həftəsində nümayiş olunur - FOTO/VİDEO

Şəfa Hüseynli
“Azertexnolayn”ın məhsulları Bakı Su Həftəsində nümayiş olunur - FOTO/VİDEO

Ötən gündən etibarən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Bakı Su Həftəsi” başlayıb.

Operativ Media xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilən tədbirdə su təsərrüfatı sahəsində ən son texnologiyalar, innovativ mexanizmlər, müasir dünya tərcübəsi nümayiş olunur.

Sərgidə Azərbaycan və digər ölkələri təmsil edən 60-dan çox şirkət və nümayəndə heyəti iştirak edir.

Tədbirdə dövlət su ehtiyatlarının idarə edilməsi sahəsində proqram təminatı hazırlayan və suvarma infrastrukturu layihələrinin icrasını həyata keçirən müəssisələrin stendləri diqqət çəkib.

Sərgidə “Azertexnolayn” şirkətinin stendi də nümayiş olunub. Bu və digər sərgilər xarici şirkətlərin marağına səbəb olub. 

Qeyd edək ki, Azərbaycanın aparıcı sənaye məhsulları istehsalçılarından biri “Azertexnolayn” MMC polietilen və çoxqatlı borular, su təchizatı və kanalizasiya sistemləri üçün məhsullar, eləcə də ağır sənaye infrastrukturu üçün komponentlər istehsal edir. Şirkətin məhsulları dünyanın 25-dən çox ölkəsinə ixrac olunur.

Şəkil Qalereyası

“Azertexnolayn”ın məhsulları Bakı Su Həftəsində nümayiş olunur - FOTO/VİDEO - Şəkil 1
“Azertexnolayn”ın məhsulları Bakı Su Həftəsində nümayiş olunur - FOTO/VİDEO - Şəkil 2
“Azertexnolayn”ın məhsulları Bakı Su Həftəsində nümayiş olunur - FOTO/VİDEO - Şəkil 3
“Azertexnolayn”ın məhsulları Bakı Su Həftəsində nümayiş olunur - FOTO/VİDEO - Şəkil 4
“Azertexnolayn”ın məhsulları Bakı Su Həftəsində nümayiş olunur - FOTO/VİDEO - Şəkil 5
“Azertexnolayn”ın məhsulları Bakı Su Həftəsində nümayiş olunur - FOTO/VİDEO - Şəkil 6
“Azertexnolayn”ın məhsulları Bakı Su Həftəsində nümayiş olunur - FOTO/VİDEO - Şəkil 7
“Azertexnolayn”ın məhsulları Bakı Su Həftəsində nümayiş olunur - FOTO/VİDEO - Şəkil 8

Digər xəbərlər