Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxt yollarında nəqliyyatın intensivliyini artırmaq məqsədilə səhər saatlarından başlayaraq paytaxtın 8 prospektində və 12 küçəsində svetoforlara “yaşıl dalğa” rejimi tətbiq edilir.
Operativ Media xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.
Həmin küçə və prospektləri təqdim edirik:
1. Rəşid Behbudov küçəsi;
2. Mikayıl Müşfiq küçəsi;
3. 28 May küçəsi;
4. Yusif Səfərov küçəsi;
5. Məhəmməd Füzuli küçəsi;
6. Həsən bəy Zərdabi küçəsi;
7. Səməd Vurğun küçəsi;
8. Həsənoğlu küçəsi;
9. Ceyhun Hacıbəyli küçəsi;
10. Akademik Həsən Əliyev küçəsi;
11. Əhməd bəy Ağaoğlu küçəsi;
12. Abbasqulu ağa Bakıxanov küçəsi;
13. Şah İsmayıl Xətai prospekti;
14. Mətbuat prospekti;
14. İnşaatçılar prospekti;
16. Fətəli xan Xoyski prospekti;
17. Atatürk prospekti;
18. Azadlıq prospekti;
19. Qara Qarayev prospekti;
20. 8 Noyabr prospekti.
***
08:35
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yeni tədris ilinin başlanması ilə əlaqədar məlumat yayıb.
Operativ Media xəbər verir ki, müraciətdə deyilir:
Yeni tədris ilinin başlanması ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən təhsil ocaqlarının yaxınlığında sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün tədbirlər həyata keçirilir. Bu məqsədlə səhər saatlarından başlayaraq paytaxtın bir neçə küçə və prospektində svetoforlara “yaşıl dalğa” rejimi tətbiq edilir. Bununla yanaşı, nəqliyyat sıxlığına səbəb olan halların aradan qaldırılması üçün Mərkəzin əməkdaşları mütəmadi yol polisi ilə əlaqədədir.