2026-cı il üçün şəhər və rayonlar üzrə büdcə gəlirləri 16 milyard 910 milyon milyard manat məbləğində müəyyən edilib.
Operativ Media xəbər verir ki, bu barədə, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.
Layihəyə əsasən, bu məbləğə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarına aid olan 334,4 milyon manat, həmçinin yerli xərclər üçün nəzərdə tutulan 759,135 milyon manat daxildir.
Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi 15 milyard 817,312 milyon manat səviyyəsində müəyyən olunub.
Bundan əlavə, yerli gəlir və xərcləri tənzimləmək məqsədilə mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 847 min manat təşkil edib.