ATƏT-in Minsk qrupu uzun müddətdir fəaliyyətsiz və yararsız bir qurum olub.
Operativ Media xəbər verir ki, bu barədə Finlandiyanın Cənubi Qafqazdakı səfiri Kirsti Narinen bildirib.
“Mən hesab edirəm ki, Minsk qrupu uzun müddət fəaliyyətsiz qalan bir struktur idi. O sadəcə mövcud idi, lakin açığını desəm praktikada ondan heç bir vasitə kimi istifadə etmək mümkün deyildi”, – Narinen bildirib.