Emin Əmrullayev: Xankəndidə ikinci məktəb binası yaxın vaxtlarda istifadəyə veriləcək

Əsəd Abbaslı
Emin Əmrullayev: Xankəndidə ikinci məktəb binası yaxın vaxtlarda istifadəyə veriləcək

Xankəndidə ikinci məktəb istifadəyə veriləcək.

Operativ Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yeni məktəblərin istifadəyə verilməsi və mövcud təhsil müəssisələrinin fəaliyyəti davam etdirilir.

Nazir qeyd edib ki, artıq 3 mindən çox şagird Qarabağ və Şərqi Zəngəzurda təhsil alır.

Onun sözlərinə görə, Füzuli şəhərində 960 şagird qəbul olunub.

Eyni zamanda, Ağalı və Laçın məktəblərində də oxşar artım müşahidə edilir.

Xankəndidə isə hazırda fəaliyyət göstərən məktəbdə 1000-dən çox şagird təhsil alır və yaxın vaxtlarda ikinci məktəbin istifadəyə verilməsi planlaşdırılır.

Nazir əlavə edib ki, bölgələrdə şagirdlərin sayına uyğun olaraq modul tipli məktəblər və şagirdlərin daşınması da təşkil olunur.

Məsələn, Kəlbəcərdə şagird sayı az olduğu üçün modul məktəb fəaliyyət göstərir.

“Qarabağa və Şərqi Zəngəzura qayıtmış ailələrin bütün məktəbyaşlı uşaqları tədrisə cəlb olunub və heç biri təhsildən kənarda qalmır”, – nazir vurğulayıb.

Digər xəbərlər