Azərbaycan Prezidenti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Aleksandr Stubb ilə görüşüb - YENİLƏNİB

Əziz Əzizli
Azərbaycan Prezidenti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Aleksandr Stubb ilə görüşüb - YENİLƏNİB

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşü olub.

Operativ Media xəbər verir ki, Finlandiya Prezidenti Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və Vaşinqtonda əldə edilmiş tarixi nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırdı. Aleksandr Stubb Finlandiyanın regionda sülhü daim dəstəklədiyini qeyd etdi.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi. Dövlət məhz Finlandiyanın ATƏT-ə sədrliyi dövründə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə əlaqədar qərarın qəbul edildiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanla Ermənistanın sülh dövrünə qədəm qoyduqlarını qeyd etdi.

Söhbət zamanı sülh gündəliyinin irəli aparılması üçün birgə səylərin vacibliyi vurğulandı.

Görüşdə Azərbaycanla Finlandiya arasında ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinə dair fikir mübadiləsi aparıldı.

***

23.09.2025. 22:20

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşü olub.

Digər xəbərlər